Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələri Şəhid ailələrin ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub. SHXÇDX-nin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.

Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Ziyarətlər zamanı şəhidlərin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşələrinə baxış keçirilib, onların döyüş yolu xatırlanıb. 44 günlük Vətən müharibəsində Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şəhidlərin qanı, canı bahasına əldə edildiyi vurğulanıb, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq

Sərəncamları ilə təltif olunmuş şəhidlərin orden və medalları onların ailə üzvlərinə təqdim edilib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşlərdə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info