Kürdəmirdə ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirilib.
Keçirilən tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb. Qeyd edilən qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.
Onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info