Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ulutv.info-ya DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov:


Noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info