Şəmkirdə naməlum kişi meyidi tapılıb

Ulutv.info-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Noyabr ayının 17-də, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolundan naməlum kişi meyiti olması barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb.

İlkin araşdırmaların nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomopil vurması nəticəsində ölməsi məlum olub.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun “VAZ 2106” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info