Masallıda qonşusunun evindən 18000 manatlıq qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan UluTv.info-ya verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan Anar Kərimov və onun narkotik vasitəni əldə etdiyi Renad Məmmədzadədən külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.

Ulutv.info

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.