Dəmiryolundan mis naqil oğurlayan şəxslər saxlanıldı

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmiryolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10000 manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3000 manata satdıqlarını bildiriblər. İ.Quluzadə də polis əməkdaşları tərəfindən saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı İmişli stansiya Xətt Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info