"Sultan MMC"nin Qanunsuz əməlindən ABŞERON İcra Başçısına AÇIQ MƏKTUB - FOTO

Ulutv.info xəbər portalının rəhbəri tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin Ələskər oğluna. Yazaraq diqqətinizə çatırmağı özümüzə borc bilməklə yanaşı aşağıda qeyd edilənlərlə bağlı rəhbəri olduğunuz qurumun səlahiyyətli şəxslərinə göstəriş verməyinizi ilk öncə sizdən xahiş edirik. Məsələnin tam ciddi və təxirə salınmadan araşdırılması və bununla bağlı görülmüş tədbirlərdən bizi məlumatlandırmağınızı rica edirik. Hörmətli başçı Rəhbəri olduğunuz rayonun ərazisində qanunsuzluqların baş qaldırması əslində Sizə olan etinasızlıq ilə yanaşı həmçinində xalqın tam təhlükəsizliyinin təminatına vurulan zərbədir deyə düşünülməkdədi. Bu günə qədər Sizi kimsə xəbərdar etmədiyindən məsələyədə müdaxilə etməmisiniz.

Siz tək, məmur çox, əhali ondanda çoxdur. Rəhbərin ətrafında olanların bəzi məsələlərə öz mənafeyləri çərçivəsində yanaşması məhs rəhbərin daha sonra cəmiyyət tərəfindən tənqid atəşinə tutulmasına gətirilib çıxdığının dəfələrlə şahidi iolmuşuq. Odur ki məsələni olduğu və hazırda baş verdiyi yerinə qədər Sizə bildirmək məsuliyyətini öz üzərimə götürdüyüm kimi bundan sonrada Abşeronda nə qədər neqativ halın baş verməsini sizlərə yazılı olaraq göndərəcəyimdən əmin ola bilərsiniz.

Odur ki, Etibar Teymurov adlı şəxsin yəni sahibkarın "Sultan MMC" adı altında Abşeron rayon Xırdalan şəhərində tiktirdiyi 6 mərtəbəli binanın yəyatyanı sahəyə giriş hissində əlavə artırma edərək yolun nəqliyyat vasitəsinin hərəkət etdiyi hissəsini bağlayaraq binaya əlavə kantruksiya dəyikliyi etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olmuşdur. Biz məlumatın verildiyi ərazidə olduq verilən məlumat tamamilə doğru idi. Qeyd etməliyik ki, qonşu dövlətlərdə baş vermiş fövqəl halın yaşanmasınında məhs səbəblərindən biridə tikilmiş binaların keyfiyyətsizliyi və əlavə edilmiş kanstruksiya dəyiklikləri onların dayanıqlığının məhvinə gətirib çıxarmışdır. Məhs MTK sahibkarlarının bu cür əmələrindən doğan fəsadlarda kütləvi insan təlafatlarına yol açmışdır. Bu gün Azərbaycandada bu cür işbazlıq edən bəzi firmaların da gələcəkdə baş verə biləcək qəzaların qarşısının alınmasına suni şəkildə və bilərəkdən maniə yaratmaları, insanların fəlakət zamanı ərazini tərk etmələrinə ciddi maniədir. Baş verə biləcək yanğın və digər hallarda yaşayış binasında aparılmalı olan təxirə salınmaz addımların qarşısı artıq alınmış hesab edilərək məslənin ciddiliyini nəzərinizə çatırmaqdayıq. Hörmətli Başçı bu gün bu tip əməl sahiblərinin əməllərinin cəzasız qalması sabaha olan inamımızın məhvi deməkdi. yüzlərlə insan bu tipli yüksək mərtəbəli binalarda mənzil alır amma onun sonradan hansı hala salınarağı, təhslükəli bir yaşayış yeri olacağını ağılarına belə gətirməyən insanlarımız var. Həmçinin qeyd etməliyəm ki, Tarif Şurasının qəbul etdili tənzimlənən "Azersu", "Azərişıq" və Azəriqaz" idarələrində mənzilərin sayğacla təmin edilməsi qanunla müəyyən edilmiş qiymətdən artıq qiymətə satılması alınması və bunun üzərində ticarət qurulması qadağan edilsədə bu binanın sahibkarının və Abşeronda tikilən bütün yaşayış binalarında bu halın baş verməsi halları geniş vüsət almışdır. Dövlət qiyməti ilə üç vacib mənzilə gərəkli SU, QAZ və İŞIĞın sayğacları ümumi dəyəri 500 azn-nə qədər təşkil etsədə vətəndaşlara bu sayğaclar MTK sahibləri tərəfindən üçqat qiymətə məcburi satılmaqdadır. Bu isə istehlakçının hüquqlarının pozulması və vəsaitinin qeyri qanuni mənimsənilməsi anlayışın yaratmaqdadır. (Belə olduğu halda lazımı qurumların Media orqanları tərəfindən verilmiş məlumat əsasında belə cinayət işi qaldırmaq hüquqlarına malikdirlər.) Vətəndaşlar MTK sahibkarları tərəfindən üç qat olmaqla bu sayğacların pulunun ödənilməsinə məcbur edilməkdədir. Mənzil alan şəxsıər mənzillərinin sayğaclarının alınması kodların açılmasına özləri müraciət etməli olduqları halda MTK sahibkarı Etibar Teymurov (Sultan MMC-nin sahibi) və onun kimi bir neçə sahibkar vətəndaşlardan qabaq hərəkətə keçərək sayğacı biz özümüz mənzilərə quraşdırılmasını təmin edəcəyik adı ilə 500 azn ümumi xərc tələb olunan məsləyə görə 1500 azn məbləğində haqq tələb etməkdədirlər. Rayionun ağsaqqalı və tam dolğun desək sahibkarı Sizin xəbəriniz olmadan qeyri qanuni əməllər törədən şəxslər haqsız qazanc əldə etməklə qeyri yollarla varlanmağa təşəbüs göstərməkdədir. Azərbaycan Respublikasının qanunlarında atılan addımların cinayət əməli olduğunu açıq şəkildə qeyd edilməkdədir.Əməlinə qiymət verilməsi isə rayon üzrə fəaliyyətdə olan qurumların vəzifə borclarıdır..

Birdaha sizdən xahiş edirik ki, Yuxarıda qeyd edilənləri nəzərə alaraq araşdırmalarınızın nəticəsi ilə bağlı mütləq şəkildə bizə məlumat verilməsi barədə göstəriş verəsiniz Hörmətli başçı. Edəcəyiniz yardımlara və köməkliyə görə öncədən sizlərə minnətdarlığımızı bildiririk.

Hörmətlə M.Seyidov
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info