Fərid Şərifov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşünün mart ayının 2-də məhz Bakıda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat sürətli şəkildə inkişaf edib. Azərbaycanın fəaliyyəti və göstərdiyi səylər beynəlxalq nüfuza malik olmasını əks etdirir. Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Hərəkatın sədri, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında bir çox mühüm məsələlərə toxundu. Bu çıxış dünya əhəmiyyətli məsələləri əhatə edirdi. Prezident İlham Əliyevin çıxışı ona Azərbaycan Prezidenti kimi bəslənən rəğbət, ölkəmizin düzgün mövqeyi, bir sıra ölkə əhəmiyyətli məsələlərin də ifadə olunması baxımından kifayət qədər vacib və əhəmiyyətlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir. Hərəkatın koronavirusla mübarizə sahəsində gördüyü böyük işlərin coğrafiyası kifayət qədər genişdir. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, Zirvə toplantısında mühüm qərarların qəbulu və koronavirusla mübarizəyə ciddi töhfələrin verilməsi, BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması, BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında “peyvənd millətçiliyi”nə qarşı qətnamələrin qəbul edilməsi kimi faktlar buna nümunədir. Bütün bunların həyata keçirilməsində Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi böyük əzm göstərmişdir.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə toxunaraq bütün dünyanın diqqətini bir sıra vacib məsələlərə çəkdi. Bu məsələlər Təhlükəsizlik Şurasının üzvlüyü ilə bağlı ədalətli qərarların qəbul edilməsinə çağırışdır. Bir daimi yerin Qoşulmamama Hərəkatına verilməsi, Afrikaya da daimi yerlərin verilməsinin vacibliyi kimi fikirlər qlobal məsələlərin həlli üçün səsləndirilən lazımlı təklifdir. Bundan başqa Azərbaycanın BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi ilə çıxış etməsi də həm Qoşulmama Hərəkatının sədri kimi, həm də aparıcı dövlət kimi xüsusi rol oynadığını bildirir.

Yüz iyirmi dövlətin birləşdiyi və bir sıra təşkilatların müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etmək və bu dövrdə təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək cənab Prezident İlham Əliyev apardığı uğurlu, tarazlı diplomatik siyasətinin nəticəsidir. Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və insanların sağlamlığı, rifahı naminə həyata keçirilən tədbirlər demokratik ölkələr tərəfdən dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib. Müharibə şəraitində olmasına, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-la mübarizəyə həsr olunmuş sammitinin keçirilməsi, bir çox ölkələrə humanitar yardım göstərilməsi, dünyanın əksər dövlətlərinin amansız xəstəliklə bağlı mübarizəyə cəlb edilməsi məhz Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində mümkün oldu.

Cənab Prezident İlham Əliyevin zirvə görüşündə də bildirdiyi kimi COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb.

2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq. Bu sammitdə Azərbaycan Prezidentinin verdiyi mesajlar əslində, beynəlxalq siyasi prosesin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sammit, eyni zamanda, dövlətimizin gücünün və beynəlxalq arenadakı mövqeyinin möhkəmliyinin real təsdiqi idi. Azərbaycan və onun liderinin siyasi gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu.

Prezident İlham Əliyevin nitqinə əsasən qeyd etmək olar kı, Bakı sammiti Qoşulmama Hərəkatı ölkələrinə dünyada sülhün bərqərar olmasında mühüm rol oynamasına imkan verəcək.

İlham Əliyevin sədrliyi ilə keçirilən Zirvə toplantısında Azərbaycanın ölkələr arasında əməkdaşlığın inkişafına sadiqliyi yüksək qiymətləndirilib.Həmçinin cənab Prezident İlham Əliyev Zirvə toplantısında 44 günlük Vətən müharibəsinə də toxunmuş, müharibə dövründə baş vermiş terror aktları barədə də məlumat vermiş və erməni təcavüzünün Qoşulmama Hərəkatı prinsiplərinə zidd olduğunu qeyd etmişdir. İlham Əliyevin bu çıxışı növbəti dəfə Azərbaycana Beynəlxalq aləmdə müsbət imic qazandırmısdir 2023 cü il 2 mart Zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq hərəkatına çevirir və prezident İlham Əliyevin uğurlu xarici siyasəti ilə Azərbaycanı addım - addım strateji hədəflərinə yaxınlaşdırır.

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.

Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışında demişdir:

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm.

Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm.

Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir.

Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Hərəkatın sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır.

Mən Fərid Şərifov bir gənc olaraq hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşünün mart ayının 2-də məhz Bakıda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur.

Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info