“Biganəliyin qurbanları" sənədli filminin Şirvan şəhərində təqdimatı oldu

Bu gün (02.03.2023-cü il) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi “Regional amillərin və mental dəyərlərin məişət zorakılığında rolu” layihəsi çərçivəsində çəkilmiş “Biganəliyin qurbanları” sənədli filminin Şirvan şəhərində təqdimatını həyata keçirib. “Şirvan Gənclər evi”ndə baş tutan tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Rafael Nəsirov açdı. R.Nəsirov məişət zorakılığının cəmiyyət üçün yaratdığı problemlərdən danışarkən qeyd etdi ki, “bu kimi halların baş verməsi gələcək nəsilin normal formalaşmasına mənfi təsir göstərən ən ciddi amillərdəndir”.
- Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də, sağlam olması deməkdir. Çünki xoşbəx ailə sağlam cəmiyyətin təməlidir. Şirvan şəhər İcra Hakimiyyəti olaraq bu kimi məsələlərə olduqca həssas yanaşırıq.
Sonra söz Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənova verildi. Q.Həsənov cəmiyyəti narahat edən geniş yayılmış gender probleminin həlli istiqamətində dövlətə yardım edəcək layihələrin maliyyələşdirilməsini həyata keçirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirdi. QHT sədri məişət zorakılığının yaratdığ problemlərdən danışarkən qeyd etdi ki, “ bu isriqamətdə qanunlar elə formada qəbul olunmalıdır ki, ailə münasibətlərinin pozulmasından başqa yolu qalmadıqda zorakılıq qurbanı olan şəxs qəbul olunmuş qanunlara istinad etməklə, gələcək həyatını təmin edə bilsin. Bəzən çıxılmaz vəziyyətdən qurtuluş üçün atılan addım daha ciddi problemlərə yol açır”.

Çıxışlardan sonra “Biganəliyin qurbanları” filminin təqdimatı oldu.
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin Mətbuat xidməti


Conflict.az



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info