İki qızı İsveçdə deputat olan güneyli ailənin çətin həyat yolu - VİDEO

İsveçin azərbaycanlı millət vəkilləri Aylin Fazelian və Aida Kərimlinin valideynləri Mahmud Bilgin və Əfsanə Sulduzlu Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib, Güney Azərbaycandan başlayan ağır həyat yollarından danışıblar.

Güneyli milli fəal Mahmud Bilgin Avropada Azərbaycan diasporunun tanınmış nümayəndəsidir. O, İran hakimiyyətinin təzyiqləri nəticəsində ailəsi ilə birlikdə Avropaya üz tutub və bir daha doğulduğu torpaqlara qayıda bilməyib. Mühacir həyatı yaşayan soydaşlarımız əzizlərinin və doğma torpaqlarının həsrəti ilə yaşamaqlarından danışarkən göz yaşlarına hakim ola bilməyiblər.

Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişi Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin məhsuludur. Veriliş İctimai TV-də yayımlanır.

Proqramı aşağıdakı linkdə izləmək olar:
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info