Neftçala İcra şöbəsi məhkəmə qərarını deyil iddiaçının istəkləri həyata keçirir - VİDEO

Neftçala rayon sakini Birinci qrup əlil Ceyhun Nəfəsov UluTv.info-ya şikayət edərək qeyd edib ki, Məhkəmə qaydasında ilk nigahın pozulması baş tutmuşdur. Həyat yoldaşının xəyanətin subuta yetirdikdən sonra qanuni olaraq boşanıb. Məhkəmə qərarı ilə nigahdan doğulan övladına görə alimentin ödənilməsi qərarında 70 azn məbləğində hökmdə qeyd edilmişdir. Lakin Neftçala rayon İcra və Prapasiya şöbəsinin əməkdaşı məhkəmə qərarını icra edərkən qanun pozuntularına yol vermiş atanın övladı ilə görüş hüququnu məhdudlaşdırmağa cəhd göstərmişdir. Qanunla qarşı tərəf ata ilə övladın görüşməsini birlikdə vaxt keçirməsini təmin etməli olduğu halda buna yanaşmamış və məhkəmə qərarının icra edilməməsi üçün lüzumsuz addımlar atmağa maraq göstərmişlər. İcra məmurunun isə məsələdə rolu övladını görmək hüququ olan atanı İcra şöbəsində yalnız görüşdürməsi isə artıq qanunun kobud şəkildə pozulması kimi qiymətləndirilir deyə vətəndaş şikayətində qeyd edir.

Rayon sakini C.Nəfəsov: "İcra məmuru Mübariz İbrahimbəyov qarşı tərəflə mütəmadi əlaqələr qurmaqda və məhkəmənin iddiaçı tərəfə tanıdığı haqlarını pozmaq üçün atdığı addımlardan şikayətçi olduğun qeyd edir. O bildirir ki, M.İbrahimbəyov onun xəyanəti subuta yetirilmiş eks həyat yoldaşı ilə məmur borcu olaraq deyil həmdə işindən kənar əlaqə yaratdığını və övladının onunla görüşdürülməməsi üçün uşağın mənafeyi hüququndan istifadə edərək onun hüquqlarını pozmaqdadırlar. Digər tərəfdən İcra məmuru mənə aliment ödənilməsi olaraq qoyulan 70azn öhdəlikdən artıq 110 azn pensiyamdan tutmaqla digər hüquqlarımıda pozmaqdadır. Məhkəmə qərarında göstərilməyən məslələrə şəxsən qərar verən şöbə əməkdaşı hüquqda qanunda mənəm deyərək bildiyini edir. Artıq canımı boğazıma yığıb. gözdən əlil olduğumdan bütün hüquqlarımı məhdudlaşdırmaq üçün Mübariz İbrahimbəyov əlindən gələni edir."

Həftə sonu və iş günü olmadığından iddia edilən məsələ ilə bağlı qarşı tərəfin mövqeyn öyrənə bilmədik. Qarşı tərəfin mövqe bildirmə hüququnu istənilən vaxt dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Esmira
UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info