Türkiyəli idmançılar uçan hotelin dağıntıları altında qalıb - YENİLƏNİB + FOTO

Zəlzələ zamanı zərərçəkən idmançılar arasında Hatay Qadın Voleybol Komandası oyunçuları da var.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Alanya Belediyespor”un futbolçusu Enesan Can sosial media hesabında bildirib.

Onun sözlərinə görə, Hatay qadın voleybol komandasının 14 idmançısının qaldığı bina uçub, onlar da dağıntılar altında qalıb.

14:20

Türkiyənin zəlzələ nəticəsində dağılan binalar arasında yerli idmançıların qaldığı Kırçuval hoteli də var.

Xilasetmə işləri zamanı Malatya Böyükşəhər “Belediyespor” klubunun voleybolçularından üçü dağıntılar altından çıxarılıb, daha üçünün axtarışları davam edir.

Bundan başqa “Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslan da dağıntılar altında qalanlar arasındadır. Onun həyat yoldaşı xilas edilib, 28 yaşlı qolkiperin axtarışı davam edir.



Mənbə: Foto Maç
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info