Yaşıllaşdırma Təsərrüfatı Birliyində həbslər dalğası başlandı: Daha kimlər məsuliyyətə cəlb olunacaq?

Yanvarın 23-də yayılan məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib və BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib. Qeyd edək ki, BŞİH-dən xəbəri təsdiq ediblər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğu biuldirilir.

Dünən etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, rəisin katibəsi Bahar adlı xanım da KQMBİ-nə dindirilməyə aparılıb. Ehtimal olunur ki, Birlik rəhbərliyi xanım əməkdaşı da öz korruptiv əməllərində iştiraka cəlb edib.

Ümumiyyətlə, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun və onun işbaz ortaqlarının qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib. Bizim saytımızda da Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin bəzi əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə, cinayət törətmiş, yaşıllıqlara qənim kəsilmiş tərəflərlə müəyyən maraqlar müqabilində sövdələşmələrə getdikləri barədə tənqidi məqalələr dərc olunub. Əlimizdə foto və video çəkilişlərlə qeydə aldığımız yetərincə faktlar vardır ki, paytaxtda külək nəticəsində əyilən, aşacağı gözlənən xeyli sayda təhlükə törədən ağaclar mövcuddur. Sakinlər şikayət etsələr də, nədənsə Yaşıllaşdırma Təsərrüfatı Birliyi həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmür. Amma müşahidə etmək asandır ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan “centlmen sövdələşməsi” aparılan adamlara satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Qeyd etdiklərimizin təsdiqi kimi xidmət edəcək faktları saytımızın izləyiciləri ilə növbəti görüşlərimizdə təqdim edəcəyik.

Bizi izləyin.

İbrahim Hümbətov
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info