Böyük Vətən Müharibəsinin və Birinci Qarabağ müharibəsi veteranının mülkiyyəti mənimsənilib...

Naxçıvan Muxtar Respublikasının Babək rayon Cəhri kənd sakini Böyük vətən müharibəsinin vetranı Cəlal Məmmədov Əbdül oğlunun varisi birinci Qarabağ müharibə veteranı Yunis Məmmədovun UluTv.info xəbər portalına ünvanladığı şikayət ərizəsində torpağının mənimsənildiyi bildirilib.
Naxçıvanda fəaliyət göstərən Babək təmir-tikinti şirkəti tərəfindən vətəndaş Y.Məmmədova yol genişləndirilməsi adı ilə dövlət proqramının podratçısı tərəfindən vəd verilərək aldadıldığın deyir.

Ulutv.info xəbər verir ki, vətəndaşın torpaq sahəsini zəbt edərək nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolun genişləndiriləcəyi bildirilib. Bunun üçün isə mütləq olaraq Y.Məmmədovun həyatyanı sahəsinə girilməli olduğundan vətəndaşın öncədən apardığı tikinti yəni monalit beton divarı Bəbək təmir tikinti şirkəti tərəfindən dağıdılaraq 2 metr şəxsi mülkiyyətə girilib. Söküntü və zəbt edilən ərazinin əvəzində görüləcək işlər öncədən razılaşdırma əsasında olsada şirkət vətəndaşı sonda aldadaraq həyatyanı sahəni varan qoyaraq işi dayandırıb.


Ulutv.info-ya verilən məlumata görə, beton monalit divarın əvəzinə keyfiyyətsiz pirketdən tikilən divarla vətəndaşa ödənilməli olan konpensasiya ödənilmiş hesab edilə bilməz. Babək Təmir-tikinti rəhbərliyi verdiyi vəddən Y. Məmmədovu 3 ay işindən edərək təmir tikintinidə tamamlamadan saxlayıb. Vətəndaş dəfələrlə şirkət rəhbərliyinə müraciət etsədə bir nəticə ala bilməyibdir.
Məsələylə bağlı aparılan araşdırmalarımız oxucilara çatdırılacaq. Qarşı tərəfin mövqeyn dinləməyə hazırıq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info