Penitensiar Xidmətin hərbi hissəsində "Zəfər Günü" ilə bağlı tədbir keçirilib

6 noyabrda "Zəfər Yolu" İB-in təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının N saylı hərbi hissəsində tədbir keçirilib.

Mingachevir News xəbər verir ki, tədbir Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Sevinc Bəxtiyarın aparıcılığı ilə ilk olaraq Azərbaycan Respublikasının himni səslədirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində "Zəfər Yolu İB"in sədri, şair, publisist Pərvanə Abdullayeva tədbiri açıq elan edib və tədbir iştirakçılarını salamlayıb:

"Gələn bütün hər kəsə təşəkkürümü bildirirəm. Zəfər bayramımızı ürəkdən təbrik edirəm. Açılışı müəllifi olduğum "Zəfər Yolumuz" şeirini Elnur Rzanın ifasında elan etmək istəyirəm".

Tədbirin davamında şair Pərvanə Abdullayevanın şeiri səsləndirilib və hərbi hissənin hərbçiləri rəqs ediblər.

Müğənni-bəstəkar Elnur Rzalının ifasında Pərvanə Salmanqızının sözlərinə bəstələnmiş "Zəfər Yolumuz" mahnısı səsləndirilib.

Balaca vətənpərvər Nuray Səlimova Pərvanə xanımın müəllifi olduğu "Ana"və "Şanlı Azərbaycan"şerlərini söyləyib.

Millət vəkili, Zəfər Yolu İB-nin Fəxri üzvü Jalə Əhmədova tədbirdə çıxış edərək "Zəfər Günü" ilə bağlı öz fikirlərini bildirib:

" Bu zəfəri bizə bəxş edən başda Cənab Prezident İlham Əliyev olmaqla ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Cənab prezident söyləmişkən bir yumruq tək xalqımız birlik nümayiş etdirib mübarizə apararaq qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu tədbiri təşkil etdiyinə görə Pərvanə xanıma və Penitensiar xidmətin Mühafizə Alayının rəhbərliyinə təşəkkür edirəm. Zəfər bayramımız mübarək olsun".

Daha sonra 44 günlük Vətən Müharibəsinin şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan Ədliyyə mayoru Çiçək Biləndərliyə söz verilib və o, kövrək şəkildə öz fikirlərini ifadə edərək şəhidlərin igidliklərindən bəhs edib.

Ədliyyə mayoru Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının "N" saylı hərbi hissəsinin komandiri Kamran Quliyev də Zəfər gününün özəlliyindən danışıb: "

Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənlərimizi məğlub edərək 30 ilə yaxın işğala son qoyduq, torpaqlarımızı işğaldan azad etdik və bu günlər də artıq ikinci ildir Zəfər gününü yəni qələbə gününü qeyd edirik. Zəfər gününə ilə bağlı rəhbərlik etdiyim hərbi hissədə tədbir keçirdiyiniz üçün Zəfər Yolu İB-yə öz təşəkkürümü bildirirəm".

"Milli Cəbhə" partiyasının sədr müavini Tural İrfan da tədbirdə çıxış edərək "Zəfər Günü" ilə bağlı fikirlərini bölüşüb:

"Tədbirdə olan hər kəsi salamlayıram. Bildiyiniz kimi, deputat Razi Nurullayevin müaviniyəm. Razi müəllim bu gün rayonda səfərdə olduğu üçün burada iştirak edə bilmir. Mən ilk növbədə belə tədbirlərə qatılanda qazi olaraq həmişə həyəcanlı oluram. Deməyə söz tapa bilmirəm. Həqiqətən də, çox gözəl bir tədbirdir. Hamıya uğurlar".

Tədbirin daha bir qonağı, qazi, Milli Cəbhə Partiyasının Hüquq şöbəsinin müdiri Vüqar Dadaşov da, tədbirdə çıxış edərək Vətən Müharibəsində şəhidlərimizin şücaətindən danışıb:

"Hər birinizi salamlayıram. Allah köməyiniz olsun ki, belə bir tədbirin keçirilməsinə müvəffəq olmusunuz. Bu Zəfər günü elə bir gündür ki, haqqında əsərlər, fikirlər kifayət etməz ki, biz bu müqəddəs günü tərənnüm edək. Hər kəsə təşəkkürlər".

Birinci Qarabağ Müharibəsi iştirakçısı, ordu komandiri,"Qələbə Əlilləri" Cəmiyyətinin sədri Mehdi Əhmədov da tədbirdə çıxış edərək öz keçdiyi döyüş yolundan danışıb:

"Hər kəsi salamlayıram. Mən 1990-cı illərdə hələ milli ordu formalaşmamışdan əvvəl kəşfiyyat komandiri kimi Qarabağ Müharibəsində iştirak etmişəm. 90-cı illərdə Ermənistanda kəşfiyyat komandiri olmuşam. Erməni dilini səlist bilirəm. Mənim haqqımda "youtube"də məlumatlar var".

"Zəfər Yolu İB"in sədrinin birinci müavini Nizami Məmmədov da tədbirdə söz alıb və Vətən Müharibəsindəki şəhidlərin rəşadətliyindən və vətənpərvərlikdən söz açıb:

"Çox hörmətli hərbi hissənin nümayəndə heyəti, əziz qardaşlar və bacılar, hamınızı salamlayıram. Mən özüm əslən Şuşalıyam. Bu ad o qədər fəxrli bir sözdür ki, onu mən deyərkən çox gözəl hislər keçirirəm. Biz bu gün hamımız Şuşalıyıq. Qanında nə qədər insan narahat olsa da, bu gün bizim torpaqlarımız azaddır. Bunu edən Ali Baş Komandan, cənab İlham Əliyevə minnətdarıq".

Türk dünyasının araşdırmaçı jurnalisti Aidə Eyvazova tədbirdə çıxış edərək Aprel döyüşlərində şəhid olan hərbçilərimizin şərəfinə yeni yazdığı iki cildlik kitabdan söz açıb.

Ardınca tanınmış əməkdar jurnalist Elnarə Dərziyeva da tədbirlə bağlı çıxış edib və öz fikirlərini deyib. 44 günlük Vətən müharibəsində jurnalist həmkarlarının və özünündə informasiya müharibəsində mübarizə apardıqlarını diqqətə çatdırıb.

"Xebertime.az" informasiya portalının rəhbəri Yeganə Hüseynova, "Mingacevirnews.info" saytının rəhbəri Vüsal Süleymanov, Azxeber.com informasiya portalının əməkdaşı Mikayıl Mirzəzadə, "Media Təhlil Mərkəzi"nin əməkdaşı Babək Zeynalov da tədbirdə fəxrlə çıxış edərək 8 noyabr "Zəfər Günü"nün əzəmətindən danışıblar.

"Zəfər Yolu İB"nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şahinoğlu da danışaraq tədbirə gələn hər kəsə təşəkkürünü bildirib və bu tədbirin mahiyyətindən danışıb:

"Burada iştirak edən hər kəsi salamlayıram. İlk növbədə təşkilatçılığa görə, "Zəfər Yolu" İB-ə və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının N saylı hərbi hissəsinə dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin! Bu qələbəni bizə yaşadan onlardır".

Zəfər Yolu İB-in fəxri üzvü, Türkiyədə fəaliyyət göstərən Diaspor rəhbəri Rəşad Rza və şəhid mayor Novruzəli Quliyevin qızı Vüsalə Cabbarova, xeyriyyəçi Natəvan Şadlinskaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyyatlar İnstitutunda elmi işçi vəzifəsində çalışan İbrahimova Şənay tədbirdə iştirak ediblər.

Tədbirin gedişində müğənni Arif Səlimov çıxış edərək mahnı ifa edərək hərbçiləri qələbə ruhuna səsləyib.

Sonra gənc müğənnilər Esmira Ağayevanın "Yaşa Azərbaycan" musiqisi, Aygün Şükürovanın, Məsumə Əliyevanın, Vurğun Vəfalı, Vüqar Təmkin, Sevinc Şuşalı və Elşən Səfərovun bəzi vətənpərvər ruhdakı ifaları dinlənilib.

Tədbirin sonlarına yaxın hərbi hissənin əsgərləri il rəqs edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tədbirin sonunda isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mühafizə Alayının N saylı hərbi hissəsinin rəhbərliyinə və nümayəndələrinə Zəfər İB tərəfindən Fəxri Fərmanlar təqdim edilib.