Aqşin Fatehin qoçuları yenidən onlardan şikayətçi olan restoran sahibinə hücum çəkdi...

Bir muddət əvvəl xəbər verdiyimiz kimi 15.04.2022-ci il tarixində Aqşin Fateh (Hacıyev) və şəriki İlqar Abdullayev ilə birgə iş adamlarına Füzuli Alıyev, Vüsal Rəhimova qarşı cinayət xarakter hesab edilən əməl törətməklə hadisəyə səbəb yaratmışdırlar. Məsələ ilə bağlı Binəqədi rayon polis idarəsində müstəntiq Vüsal Rzayevin icraatında cinayət işinin istintaqı aparılır. Ulutv.info-ya zərərçəkmiş Vüsal Rəhimov tərəfindən verilən məlumata görə, 15.04.2022-ci il tarixində baş verən hadisə iştirakçıları edilən şikayətdən geri çəkilmədiyimi gördükdə üzərimə yenidən hücum çəkdilər. 09.09.2022-ci il tarixində gecə saatlarında İ.Abdullayev, A.Hacıyevin ətraflarına topladıqları kriminal aləmə məxsus olan şəxsləri yenidən üzərimə yönləndiriblər.

Gecə saatlarında idarəmdə olan restorana yenidən daxil olan kriminal dəstə üzvləri məkanımı tərk etmə tələbimə qulaq asmayaraq üzərimə hücum çəkərək Firdovsi adlı şəxs kriminal aləmdə Fedya olaraq tanınan şəxs istintaqa cəlb edildiyi halda belə yenidən obyektimə təcavüzkar hücumundan geri çəkilmədiyini qeyd edən V.Rəhimov daha sonra baş verənlərdən danışıb. Beləki restoranın ikinci mərtəbəsində qarşı durma yaradan FİRDOVSİ (FEDYA) və dəstəsi daha sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını tək tutaraq onu təhqir etmiş və döymüşdür. Xqani adlı restoran əməkdaşına ağır zərbələr endirən kriminal dəstə üzvləri şəxsin dişini belə qırmış və onun arvad uşaqına nalaayiq söyüş söyərək abyekti tərk etmişdirlər. Hadisə yerindən uzaqlaşmaq istəyən şəxslərin qarşısını PPX əməkdaşları çəsib. 7 nəfər qaçmaqa müvəfəq olub. Polis əməkdaşı Firdovsinin nəqliyatının qarşısın kəsə bilib. Lakin polisin dur əmrinə əhəmiyyət verməyən Fedya ləqəbli Firdovsi avtomobilini polis zabitinin üzərinə sürüb.
Polis əməkdaşları hadisə törədən Firdovsini (Fedyanı) saxlamaq istəsə də buna müvvəfəq ola bilməyiblər. Firdovsi hadisə yerindən qaçaraq izini itirib. şikayətçilərə polisin bildirdiyinə görə dəstə üzvlərindən heç kəsi hələdə tapa bilməyiblər. Məlumqt üçün qeyd etmək lazımdır ki həmin şəxslər məhz bu ilin 15 aprelində Aqşin fatehin başına toplaşaraq sahibkarı döymüş və üzərinə bıcaqlar çəkmişlər. cinayətkar niyyətli şəxsləri tapmaq üçün üzdə olan Aqşin Fateh mütləq şəkildə barəsində sanksiya verilməsi vacibliyi ehtiva yaratmaqdadır. bu şəxslər əmələrinin qanunda xuliqanlıq kimi qiymətləndirildiyinə arxayın düşdüklərindən eyni əməllərinə yenidən əl atmışlar.

Onuda qeyd edək ki, 09.09.2022-ci il tarixində baş verən hadisənin canlı şahidlərindən biri isə jurnalist olub. Jurnalistinde olduqu məclisdə baş verən hadisəni artıq nə qədər inkar ediləcəyi istintaq gedişatına qalıb. Hadisə Yerinə gələn CAŞ rəisi məsələnin nə yerdə olduğunu şəxsən hadisə zamanı orda olanların dilindən eşidib. Hətta jurnalist Binəqədi rayon Polis İdarəsinin CAŞ rəisinə cinayətin cavabsız qalmasından bu gün bu hadisənin baş verməsi ilə əlaqəli olmasınıda çatırdı. Rəsi jurnalistə haqlı olmadığını desədə reallıq ortadadır. 15.04.2022-ci ildə baş vermiş hadoisə məhz eyni şəxslər tərəfindən törədilmişdir. LIakin həmn şəxlər barələrində sanksiya çıxarılmadığından bu gün eyni cəhdlə sahibkarın sinsidilməsi halı təkrarlandı. Aqşin Fateh faktiki olaraq obyektə adamları ilə getdiyini Telekanalda gedən verliş zamanı etiraf edib. Cinayət etirafı olduğu halda heç bir tədbir görülməyib. "Saxta vaksin sənəti əldə edən meyxanaçı buna görədə qanun qarşısında cavab verməyib. Yəqin edirik ki, bu qədər rahat hərəkət etməsinin səbəbi isə qanunun bu şəxsə tətbiq edilməməsidir."

Mühafizəçi Xəqani Hacıyevə xəsarət yetirən şəxslər yenədə aprel ayında yoxa çıxdıqları kimi bu səfərdə axtarış nəticəsiz qalıb. Şəxslərdən şikayətçi olan obyekt sahibi V.Rəhimov və obyetin mühafizəçi Xəqani Hacıyev şəxslərin törətdiyi əməlindən aldıqları xəsarətlərə görə məsuliyyətə cəlb edilməsini tələb edir. Respublikanın qanunlarına güvənən iş adamı artıq beş aydır ki ona qarşı törədilən əməlin adekvat cavabının qanun tərəfindən verilmədiyin də bildirib. İş adamı yenidən Daxili İşlər Naziri Vilayət Eyvazova tapdalanan hüquqlarının bərpa edilməsinə görə müraciət etdi. MEDİA VASİTƏSİ ilə V.Rəhimov Nazirdən yardım istədiyini qeyd edir. O, müraciətində Aqşin Fateh (Hacıyev) və İlqar Abdullayevin əmələrinin cəzasız qalması artıq iş adamlarınn təhlükəsiz fəaliyyətini risk altında saxlayır. Aqşin Fateh və adamlarının (kriminal dəstəsinin) törətdiyi əməlin cavabsız qalması, zərərçəkmiş sahibkarın yenidən şiddət gögörməsinə münbit şərait yaratmışdır. Odur ki Sahibkar Ölkə başçısına və digər qurumlara etdiyi müraciəıtlərdən savayı Daxili İşlər Naziri Vilayət Eyvazovdan xüsusi köməklik gözlədiyini vurğulayıb.

Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info