50 sayı yol-istismar idarəsidə Krallıq yaranıb? - Füzuli Babayevin niyə əməlləri saleh deyil

Azərbaycanda müxtəlif dövlət idarə və müəssisələrində qohumbazlıq prinsipi ilə idarə olunduğu ilə bağlı məlumatlar dəfələrlə medianın gündəminə gəlib. Bu dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi bir problemə çevirilib.

Ulutv.net-in redaksiyasına olduqca maraqlı məlumatlar daxil olub. “Bəlli olub ki, idarəçilikdə qohumçuluq və himayəçilik prinsipinin əsas götürüldüyü idarələrindən biri də, Neftçala rayonunda yerləşən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "50 nömrəli Yol İstismarı" MMC" idarəsidir.Bu idarənin rəhbəri Saleh Məmmədovun rəhbərliyi altında qohum-əqraba hakimiyyəti qurduğu deyilir. 50 saylı yol-istismar idarəsinin keçmiş müdiri Füzuli Babayev pensiyaya çıxarkən, Saleh Məmmədovdan xahiş edib ki, oğlu Ruslan Babayevi onun yerinə 50 saylı yol-istismar idarəsi vəzifəsinə təyin etsin. Deyilənə görə Füzuli Babayev bunun müqabilində onunla yaxşıca görüşüb.Yol idarəsini krallığa çevirən Füzuli Babayev 2020ci il tarixində DTX-nin keçirdiyi əməliyyat zamanı həbsdən canını qurtarsada, aranın sakitləşdiyini görən kimi öz qanunsuz əməllərini davam etdirməyə başlayıb.Yollarda etdiyi yolsuzluq hesabına oliqarxa çevrilən Saleh Məmmədovun 50 saylı yol istismar idarəsinin keçmiş müdiri, bir sözlə heç kimə məhəl qoymadan öz yolunda irəliləyir. Bu idarəyə hal-hazırda Füzuli Babayevin oğlu Ruslan Babayev rəhbərlik etsədə, faktiki olaraq rəhbərlik Füzuli Babayevə məxsusdur. Bu fakt isə onu sübut edir ki, Füzuli Babayev korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib ki, korrupsiya faktlarını ört basdır etsin.Təyin etdirib deyəndə, Füzuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə görüm baxım edib” deyə məlumatda qeyd edilir.

İşlədiyi müddət ərzində 4-5 icra başçısı dəyişən Füzuli Babayev hər gələn başçı ilə necə “dil tapırsa” heç kim ona gözün üstündə qaşa oxşar nəsə var demir? Mən, hələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyini demirəm! Burada Füzuli Babayev hansı hörmətə malikdirsə onun barəsində edilən bütün şikayətlər, güllə polad zirehə dəyib geri qayıtdığı kimi şikayətçinin üzərinə qayıdır! Belə baxanda onları da qınamıram, kim öz pul qabını itirmək istəyər?!

Məsələ ilə bağlı verilən məlumatlar tam araşdırlacaq.
ARDI VAR.

Yazıda adları keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info