Sürücü DYP-dən şikayətçi oldu, 4 gün sonra ona protokol tərtib edildi - Masallı DYP- də “fenomenal” beyinlər

Masallı DYP Əməkdaşları tərəfindən vətəndaş necə intihar həddinə çatırılıb…?

"Keçən yazılarımzda gedən məqalədəndə belə anlamaq mümkün olur ki, sən demə Masallı DYP-də Narrkoloji dispanser açılıb. Görən bu qədər tədbirli şöbədən kim narazı qala bilər...? Vətəndaşa əziyyət verib hər hansı test aparılması üçün dispanserlərə aparılmır. İmkan daxilində hər hansı şəxs istəsə DYP -də testdən keçərək nəticəsini yerindəcə qısa müddətdə ala biləcəyi bir xidmət göstərilməkdədir. Niyədə inciməlisiz ki...?"

17.08.2022- ci il tarixdə rayonun Ərkivan qəsəbəsi sakini Eynullayev Araz Əmənulla oğlu DYP-i tərəfindən qanunsuz olaraq idarə etdiyi avtomobilin Polis Şöbəsinə aparılmasına etiraz olaraq media vasitəsi ilə DİN rəhbərliyinə müraciət edib. Bu mürəaciət bir çox media qurumlarında tirajlandı. Müraciətdən dərhal sonra adı çəkilən qurumun əməkdaşları problemin həllini yazını sildirməkdə görürlər. Uzun cəhdlərdən sonra Masallı DYP-nin “fenomenal” zəkaya malik rəhbərliyi belə qərara gəlir ki, bu problemin həlli üçün şikayətçiyə cərimə yazaq və yazırlar da. Ancaq cərimənin yazılma tarixi ilə maşının saxlanma tarixi arasənda dörd gün fərq olur. Bu gün fərqini isə bu cür açıqlama verirlər ki, guya "Protokol nasazlıqla bağlı texniki rəy alınandan sonra tərtib olunub, gün fərqinin olması da bununla bağlıdır". Düzdü o “fenomenal” beyinlər düşünmürlər ki, bu yazılan cərimənin görüntülərin istəsələr necə olacaq?! Görünən odur ki, həmin “fenomenlər” görüntü də tarixi də dəyişməyi düşünüblər.

Məsələyə rəsmi cavab verilməsini təmin edən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev vəzifə borcunu yerinə yetirdi. Biz media olaraq ona təşəkürümüzü bildiririk. Lakin Məhəmməd Rzayevidə aldatmaqa cəhd edən Masallı DYP-nin “fenomenal” zəkaya malik rəhbərliyi vətəndaşın video görüntü tələb edəcəyini heç cür düşünə bilməyiblər. Odur ki DİN açıqlamasını olduqu kimi siz təqdim edib məsələ ətrafında müzakirələrimizə aparacağıq.

Ulutv.info-ya xəbər verir ki, DİN-in Mətbuat Xidməti qeyd edir ki, Həmin nəqliyyat (44-BT-707 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı) vasitəsinin sürücüsü (Eynullayev Araz Əmənullah oğlu) qeyd edilən tarixdə (yəni 17.08.2022-də) avtomobilin arxa yayları nasaz vəziyyətdə olduğu üçün saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən sürücü barəsində inzibati protokol tərtib edilib. Səsləndirilən iddiaların heç bir əsası yoxdur. Həmin şəxsə qarşı heç bir qanunsuz tələb irəli sürülməyib.

P.S. Bu ifadələr Məhəmməd Rzayevə məxsusdur. Həmçinində qeyd etməliyik ki, mətbuat xidməti DYP tərəfindən verilən məlumatı media vasitələrinə çatırmaqla mükələfdir. Onun doğru olub-olmamasını nə qədər hansı səlahiyyətlə araşdıra biləcəyini deyə bilmərik. Lakin "görünən dağa bələdçi gərək deyil". Hazırda verilən məlumatla dərc edilən şikayət arasında çox böyük ziddiyyət var. Ziddiyyətləri sadalamaqla bitmək bilmir. Odur ki məsələnin araşdırılması üçün həm vətəndaşın təqdim edəcəyi videogörüntülər yayımlanacaq həm də MNətbuat Xidmətinə verilən məlumatda qeyd edilən Protokol tərtib edilməsinin görünməyən tərəflərinə aydınlıq gətirməyə çalışacağıq. IXP4837449 saylı protokol saaat 12.14 radələrində tərtib edilib. Bu tərtibatı edən Masallı DYP-nin “fenomenal” zəkaya malik rəhbərliyi Daxili İşlər Nazirliyinin Nüfuzunu heçdə nəzərə almadığı aydın görünməkdədir. Protokolda tərtib edilən AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ 342.5. maddəsində deyilir: "Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - (əlli manat məbləğində cərimə edilir.)" DYP verdiyi açıqlamada Yayların nasazlığına görə cərimə edildiyi deyilir. Bəs yayların nasazlığının aradan qaldırılmadan dayanacağa aparılan nəqliyyat vətəndaşa hansı hüquqla təhvil verilmişdir? Gecə saatlarında saxlanıldığını və 17 avqust olduğun deyən vətəndaşa hansı arada 4 gün soram bu protokol tərtib edilib. Vətəndaşın iştirakı olmadan protokol hansı hüquqla tərtib edilə bilər...? Suallar çox olduğundan bunu uzatmaqda olar. Amma vətəndaşın verəcəyi video görüntülərdən sonra məsələyə yenidən qayıdacağıq.
Ulutv.info olaraq BDYP-də sorğu göndərərək, məsələyə aydınlıq gətirəcəyik.

Bİzi izləməyi unutmayın.
ULUTV.İNFO
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info