Aqşin Fatehin "kriminal" hərəkətlərinə qarşı açılmış cinayət işi Bakı Şəhər Prokurorunun nəzarətinə götürüdü

Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət təqibi icraata qəbul edilib. Ulutv.info xəbər verir ki, Binəqədi rayon Polis Polis İdarəsinin müstəntiqi V.Rzayev səlahiyyətində olan cinayət təqibinə laqeyd yanaşmış və cinayət əməlinin tövsüf edilməsinə düzgün qiymət verməmişdir deyə Vüsal Rəhimov Baş Prokuror Kamran Əliyevə yazılı müraciət ünvanlayıb. Müraciətinə dərhal baxılması üçün Baş prokurorluq cinayət materyalarını müstəntiqdən alaraq öz icraatlarına qəbul edib.

Ulutv.info-ya V.Rəhimov qeyd edib ki, haqqını tələb edən hər kəs üçün dövlət qurumları reaksiya verməkdədir. Təki sənin tələblərin haqlı və möhtəbər olsun.

Xəbər verdiyimiz kmi 15.04.2022-cı il tarixdə “Bakku Müsic Hall” restoranını icarəyə götürən Vüsal Rəhimova qarşı cinayət tərkibli əməl törədilmişdir. Restorana yeni sahibkarlıq edən şəxsin qarşılaşdığı mənzərə insanlığa sığmayıb. Keçmiş şəriklər restorana basqı etməklə 20 nəfərlik kriminal dəstə ilə yeni kollektivə qarşı zor tətbiq etməklə, oğurluq, quldurluq, və az ağır xəsarət yetirməklə niyyətlərinə nail olaraq 15000 manat dəyərində zərər vurmaqla obyekti tərk etmişlər. Əlavə əldə etdiyimiz məlumatda isə Aqşin Fateh və İlqar Abdullayev həbsdə olan şərikləri Füzuli Alıyevə 2.100.000 manat dələduzluq edilməsi ilə bağlıda şərikin rəsmi orqanlara müraciəti mövcudur. Meyxanaçı Aqşin Fateh (Hacıyev) şəriki olan İlqar Abdullayevin göstəri ilə çalışdıqları restorandan qovulduqları üçün həmin restorana gecə saatlarında basqın etmələri ilə bağlı yeni sahibkar Vüsal Rəhimov mediayaya açıqlama verib.

Baş vermiş insidentin nəticəsi ilə bağlı 15.04.2022-ci il tarixində Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” müraciət daxil olmuşdur. Daxil olnan müraciətə dərhal Post Patrul xidməti yönləndirilmiş və hadisə yerində olan hər kəs Binəqədi rayon 5-ci Polis şöbəsinə aparılmışdır. Zərərçəkmiş olan Vüsal Rəhimovun və Fəridə Kərimovanın xəsarət alması ilə bağlı şikayət qəbul edilmişdir. Gecə saat 3 qədər bölmədə saxlanılan zərər çəkmişlər səhəri günü yeni şok görüntü ilə üzləşiblər. Axşam saatlarında V.Rəhimov polis idarəsində olarkən Aqşin və kriminal dəstə üzvləri yenidən restorana onlarda qalmış açarla daxil olmuş obyektə məxsus içkilər, qəlyan aparatları və kuxnanın ləvazimatlarını icazəsin özləriylə aparmış və “Səhər” restoranında yeni fəaliyyət qurmaq üçün istifadələrinə daxil etmişlər. Baş vermiş hadisənin araşdırılması şikayətlər əsasında Binəqədi Polis İdarəsinin müstəntiqi Vüsal Rzayevin icraatına verilmişdir. Üç ay müddətində baş vermiş hadisəyə hüquqi qiymət verməyən müstəntiqdən Vüsal Rəhimov və Fəridə Kərimova Baş Prokurorluğa şikayət ünvanlayıb. Ünvanlanmış şikayətə dərhal reaksiya verilmiş və Binəqədi Polis İdarəsində olan cinayət işinin nəzarəti və icraatı Bakı Şəhər Prokurorluğunun nəzarətinə götürülmüşdür.

Qeyd edilməlidir ki, İlqar Abdullayev rusiya vətəndaşıdır. Burada törətdiyi əməlindən şikayət edilməsindən sonra Rusiyada olan Kriminal şəxslərin vasitəsi ilə V.Rəhimovu və Həbs həyatı yaşayan keçmiş şərikini hədələməkdədir. Aldığımız son məlumata görə, İlqar Abdullayev və Aqşin Hacıyevin “BY FATEH-2 (səhər restoranı)” adlı restorandakı şəriklikləridə bitib. Hazırda Aqşin Fateh Binəqədi rayon ərazisində fəaliyyət göstərdiyi üçün Binəqədi RPŞ ona toxunulmazlıq bağışlayıb. Buna görədə V.Rəhimov durmadan yuxarı instansiyalardan işin Cinayət əməlinə görə Cinayət Məcəlləsinin 221 maddəsi ilə deyil, CM-nin 178, 179, 180, 181 və 182 maddələri ilə ittiham edilməsini tələb edir. Üstə gəl “By Fateh 1 (Bakku Music Hall restoranı)” adı altında fəaliyyət göstərdikləri zaman dövlət tərəfindən iş yerinin itirilməsi üçün verilən 35 min manatı mənimsəmiş və dövlət vergisindən yayınmaqla külli miqdarda vəsaitin mənimsənilməsində ittiham edilməlidir deyə V.Rəhimov qeyd edib. İlqar Abdullayev və Aqşin Fateh (Hacıyev) Cinayət Məcəlləsinin 213-cü maddəsinin tələbini yaradan əməli törətmiş və bunun maddi subutlarıda bizdə mövcuddur deyə yeni sahibkar bildirib. Hətta bununla bağlı media orqanları ilə yanaşı bizdə Vergilər Departementinə və Mikayıl Cabbarova yazılı müraciətlərimizdə var.

KİV haqqında qanunun tələblərinə uyğun olaraq qarşı tərəflərin mövqeyn dinləməyə və dərc etməyə hazırıq.

E-mail: ulutv.info@mail.ru
Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info