Rusiya və Ukrayna yenidən hücuma keçdilər - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiyanın hava hücumları yenidən intensivləşib.
“Ötən gecə cəbhənin bütün istiqamətlərində, hətta cəbhədənkənar vilayətlərdə də vəziyyət gərgin olub. Nikolayev, Odessa, Dnepropetrovsk Rusiya Ordusunun hava hücumuna məruz qalıb”, - deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Donetsk və Zaporojye vilayətlərində Ukrayna Ordusunun əks-hücum əməliyyatı davam etdirilir. Nəticələrlə bağlı hələ məlumat yoxdur.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info