Kanadanın Hamilton şəhərində Azərbaycan bayrağı ucaldılıb - FOTO

Kanadanın Ontario əyalətinin Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının qaldırılma mərasimi keçirilib.

Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “City Hall” mərkəzində baş tutan mərasimdə üçrəngli bayrağımız Azərbaycanın Dövlət Himninin sədaları altında səmaya ucaldılıb.

Bayram sevinclərini bölüşən Azərbaycan icmasının üzvləri dövlət bayrağımızın fonunda xatirə şəkilləri çəkdiriblər.

Soydaşlarımızın qürurlu və sevincli anlarını fotoobyektivə bu yaxınlarda Toronto Azərbaycan Evində sərgisi keçirilən fotoqraf İsmayıl Hüseynov köçürüb.

Qeyd edək ki, Hamilton şəhərində Azərbaycan Bayrağı 26-29 may tarixlərində dalğalanıb.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info