Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. 

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Görkəmli dövlət xadimi Uinston Çörçilin abidəsinin yerləşdiyi meydanda iki saat davam edən aksiya zamanı “Ermənistanın Azərbaycandakı ekoloji terroru dayandırılsın!”, “Ermənistanın Qafqazda ətraf mühiti dağıtmasına son qoyulsun!”, “Ermənistanı dayandırın. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamızın məhv edilməsinə son qoyulsun!”, “Erməni ekosidini dayandırın!”, “Erməni minaları = müharibə cinayətlər!”, “Biz ədalət tələb edirik!”, “Günahsız mülki vətəndaşlardan sonra Ermənistanın növbəti hədəfi bizim təbiətimizdir”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarlarının və çağırışlarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Britaniyadakı soydaşlarımız bu addımla Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatları nümayəndələrini dəstəklədiklərini bəyan ediblər.

Aksiya çərçivəsində Londonin mərkəzi küçələrində yerli sakinlərə Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ekoterror törətməsi ilə bağlı məlumatlandırıcı vərəqələr də paylanıb.


Ulutv.info
--------------------------------------------------------------------------------------------------------------

Azerbaijani diaspora held a protest action in front of British Parliament

A peaceful protest was held in Parliament Square in London as a sign of protest against the illegal exploitation of mineral deposits by Armenia in the Azerbaijani territories under the temporary control of Russian peacekeepers.

Representatives of Azerbaijani and Turkish diaspora organizations, local residents and Azerbaijani students studying in this country took part in the protest organized by the Coordination Council of Azerbaijanis in the UK.

The protest action lasted for two hours and protestors demonstrated support to the Azerbaijani Eco activists by holding signs that read, “Stop the illegal exploitation of Azerbaijan's natural resources!” and “Stop environmental terrorism in the territories of Azerbaijan!” “Stop Armenian ecocide” “Armenian mines=war crimes” “We demand justice” and others.

Residents of London city were informed about Armenia's illegal exploitation of Azerbaijan's natural resources in the territories under the temporary control of Russian peacekeepers.

Ulutv.info