ÜST Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsini tələb edib

Yəməndə saxlanılan BMT və humanitar yardım işçiləri dərhal və qeyd-şərtsiz azad edilməlidir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“BMT-nin digər işçiləri ilə birlikdə Yəməndə ÜST əməkdaşının saxlanılmasından narahatam. Biz onların təhlükəsizliyini təmin etmək üçün BMT-dəki həmkarlarımızla sıx əməkdaşlıq edirik. Saxlanılanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır”, - o vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info