Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsini ziyarət ediblər - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsini ziyarət ediblər.

Polis əməkdaşları şəhidin valideynləri ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıblar, gətirdikləri bayram sovqatını təqdim ediblər.

Həmçinin ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
K.Fərəcovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info