Milli Məclisin sədri Sahibə Qafarovanı doğum günüdür

Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.

1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

- 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.

- 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.

- 2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

- 2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.

- 2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.

- 2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.

- 2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir.

İştirak etdiyi layihələr və təşkilatlar

2002-ci ildə ABŞ Dövlət Departamentinin "International Visitor" proqramı;
2006-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-ın Prinston şəhərində START/CAUCASUS Təlim proqramı çərçivəsində ETS treninqlərində iştirak edib;
2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda çalışıb;
ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib;
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür;[3]
Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı;
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü;
2015–2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi olub. Həmin gurumun "Qadınlara qarşı zorakılıqla yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb;
2016–2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub;
2018-ci ildən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir;
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.


Bu gün Milli Məclisin sədri, ziyalı dəyərli Sahibə Qafarovanın doğum günüdür, 68 yaşı tamam olur.

Doğum günü münasibətilə Sahibə xanımı ürəkdən və səmimi qəlbdən təbrik edir, ona uzun ömür cansağlığı, sağlam və xoşbəxt həyat arzulayıram.
Arzu edirəm kədər sizdən uzaq olsun və gələcək günlər daim sizə yaxşı əhval-ruhiyyə bəxş etsin.

Yeni ömür səhifəniz xoş xatirələrlə dolu olsun, bütün arzularınız gerçək olsun.Sizə vətənə dövlətə xidmət yolunda işlərinizdə və fəaliyyətinizdə bol bol uğurlar arzulayıram. Uzun ömürlə xoşbəxt yaşayın.

Doğum gününüz mübarək Sahibə QAFAROVA


Fərid Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info