“MULTİ Gənclik” layihəsi davam edir! - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 16- cı qrant müsabiqəsinin qalibi olan Uğurlu Gələcək İctimai Birliyinin “MULTİ Gənclik” layihəsinin 4- cü günü arxada qalıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən layihənin dördüncü günü ilk olaraq Təlimçi Nəhayət Şirinova tərəfindən “ Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda təqdimat baş tutub. Daha sonra isə Qubada yaşayan tatların və xınalıqlıların nümayəndələri ilə gənclərin görüşü baş tutub. Görüş zamanı rayonda yaşayan azsaylı xalqların adət- ənənələri, tarixi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, ümumilikdə 200 gənci əhatə edəcək layihənin əsas məqsədi multikulturalizm ölkəsi olan Azərbaycanda müxtəlif etnik qruplardan olan gənclər arasında mübadilənin artırılması, gənclərimizin milli-mənəvi dəyərlərə və Azərbaycançılıq idealogiyasına, multikulturalizm ənənələrinə bağlılığının qorunub saxlanmasına dəstək olmaqdır. Mart ayının 10-da yekunlaşacaq layihə çərçivəsində gənclər arasında komanda işləri, intellektual oyun və bir sıra təlim, seminarların keçirilməsi nəzərdə tutulur.

F.Şərifov
Ulutv.İnfo
















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info