İslam İnkişaf Bankı Qrupunun prezidenti Şuşaya səfər edib - FOTO

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən cari işlər barədə qonaqlara məlumat verib.
Nümayəndə heyətinə həmçinin, işgaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, həyata keçirilən infrastruktur layihələri, sahibkarlar üçün tətbiq olunan güzəştlər barədə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən təqdimatlar edilib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Şuşaya səfərindən məmnunluğunu ifadə edən Məhəmməd Süleyman Əl-Casir görülən işləri yüksək qiymətləndirib, Bankın Şuşada həyata keçirilən layihələrə maraq göstərdiyini, investisiya sahəsində əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
Şuşaya səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Şuşa şəhər meydanı, Xan qızı bulağı, Yuxarı Gövhər ağa Məscidi, Şuşa Qala divarları, Cıdır Düzü ilə tanış olub.









Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info