Fərid Şərifov: Öz işini sevən Aynurə xanım Abışova Cənab Prezident İlham Əliyevə nümunəvi olaraq xidmət edir.

Bildiyimiz kimi hər bir insan öz atdığı addımları və əməlləri ilə həyatda hörmət qazanır. Belə insanlardan biri də Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, Xocalı rayonundan olan, Vətənpərvər xanım, Hal hazırda Dövlət Orqanlarının birində çalışan gözəl insan əziz dost Aynurə xanım Abışovadır.

Bildirmək istəyirəmki dəyərli dostumuz Aynurə xanım Abışova dəfələrlə öz məvacibi hesabına xidmət edən əsgərlərimizi ziyarət etmiş və onlara baş çəkmişdir, həmçinin Aynurə xanım Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun postunu, şəhid olduğu yüksəklik Murov, Tərtər İstiqaməti Tərəfdə həmçinin Milli Qəhrəmanın Daxil olduğu yeri və keçdiyi ərazini, ordakı səngərə özü daxil olaraq ziyarət etmişdir, baxmayaraq ki səngərdə ona demişdilər ki ora daxil olmaq təhlükəlidir, amma əziz dostumuz Aynurə xanım Vətənpərvər xanım olaraq bildirmişdir ki mən daxil olaraq oranı görmək istəyirəm, nəhayət ki istəyinə Nail olmuşdur. Həqiqətən gözəl insan Aynurə xanım Abışova əsl vətənpərvər və cəsur xanımdır.

Sözün əsl mənasında belə insanlarla fəxr etmək lazımdır.

Gənc xanım olaraq Aynurə Abışova çox yüksək hörmət qazanıb, mən Fərid Şərifov hesab edirəmki O, sadə, səmimi vətənpərvər və cəsur xanımdır.

Ümumiyyətlə gözəl insan əziz dostumuz Aynurə xanım onu tanıyanların, bilənlərin hərkəsin sevimlisinə çevrilib. Bildirmək istəyirəmki O öz işini sevən, zəhmətkeş, vətənə dövlətə sədaqətlə xidmət edən insandır.

Son olaraq bildirmək istəyirəm ki öz işini sevən Aynurə xanım Abışova Cənab Prezident İlham Əliyevə nümunəvi olaraq xidmət edir.

Hörmətlə Fərid Şərifov
Ulutv.İnfo