Daxili İşler Nazirliyi Polis Akademiyasının teşkilatçılığı ilə şagirdle görüş keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhər 21 saylı tam orta məktəbdə şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.

Görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib.

Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib.

Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat verilib.

Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.







Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info