Zəfər bayramı qurur günümüzdür - FOTOLAR


Dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və milli-mənəvi dəyərlərimizin xaricdə yaşayan soydaşlarımızın və yerli əhaliyə tanıtmaq və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi, müasir Azərbaycan dövlətinin memarı qurucusu ümummilli lider Heydər Əliyev bu Zəfər bayramının təməlini qoymuşdur desək yanılmarıq.

Təhmasib Zeynalovun təşkilatçılığı ilə Pyatiqorski şəhərində keçirilən tədbirdə Minvod azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Eldar Babayev, Yesentuki azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Fərhad Əhmədov, İnquşetiya Respublikası azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Rəhmətulla Babayev, Kislavodski azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Asif Musayev, Kabardin-Bolqariya Respublikası azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Əli Dadaşov, Nalçik azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Akif Mamedov,
Georevski azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Elmuraz Əliyev iştirak edirdilər.

-Təhmasib müəllim, acı da olsa deməliyik ki, bədnam qonşularımızın yalan təbliğatı nəticəsində, dünya mədəni irsinə Nizamilər, Fizulilər, Müslüm Maqomqyev kimi, dünya siyasi arenasına Heydər Əliyev kimi və s. şəxsiyyətlər bəxş etmiş bir millət haqqında: alverçi, dələduz, narkaman imici yaradılmışdı. Sizcə...?

Bəli, əvvəllər həqiqətən də azərbaycanlı deyən kimi insanların nəzərində sizin sadaladığınız bu peşə sahibləri canlanırdı. Həm dövlət rəhbərlərinin həm də diaspora təşkilatlarının apardıqları aktiv siyasət nəticəsində böyük əksəriyyətin hafizəsində inqilab edə bildik.
Dövləti, tarixi olmayan, yalanları və qarayaxmaları ilə qəhrəmanlıq səlnaməsi yazmış bir millət haqqında iftiralar atan erməni millətçiləri artıq tam şəkildə ifşa olunmuşdular
İstər ermənistan məkanında olsun, istərsə də dünya siyasi arenasında hər kəsə gün kimi aydındır ki, ermənilər sonradan planlı şəkildə Dağlıq Qarabağa köçürülmüşdürlər. Milli dövlətçilik və demokratikidarəçilik ənənləri ilə bir çoz dövlətlərə nümunə ola biləcək Azərbaycan üçün ermənilərlə qonşu olmaq tarixin çətin bir sınağıdır.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasətinin əsas qayəsini, milli mədəni irsimizi və s. demokratik institutlarımızı yerli vətəndaşlara və digər diaspora təşkilatlarına əyani şəkildə göstərilməsi üçün əməli işlər görən bizlər beyinlərdən alverçi, dələduz, narkaman imiclərini silərək əvəzinə tolerant, gender bərabərliyinə üstünlük verən, demokratik, yeni bir azərbaycanlı imici yazdıq.
8 Noyabr Zəfər Günü bayramının təntənəli qeyd olunması da bariz bir nümunədir.



-Bugünkü Zəfər bayramını qeyd etməyə haqqı çatanlardan biri də diaspora təşkilatlarıdır. Müzəffər Azərbaycan ordusunun qələbəsi Ali Baş komandan - ordu - diplomatiya - xalq və informasiyanın vəhdəti sayəsində baş verdi. Sizin ürək sözləriniz.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentinin sərəncama əsasən Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Rəşadətli Azərbaycan ordusu 30 illik münaqişəni 44 günə həll etdi.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, başda Komitənin sədri Fuad Muradov olmaqla Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları həm 44 günlük Vətən Müharibəsi dönəmində, həm də 10 noyabr tarixli kapitulyasiya aktı imzalandıqdan sonra da, ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib, Azərbaycana dəstək vermişdir. 44 günlük müharibə dövründə göstərdikləri əməli işə görə dünyanın 30 ölkəsindədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı və bir çoxları da təşəkkürnamələrlə təltif olunublar.
Bu gün də bizim əsas vəzifələrimizdən biri Ali Baş komandan - ordu - diplomatiya - xalq və informasiyanın vəhdətini qoruyub saxlamaqdan ibarətdir.

Qeyd: Tədbirin ən möhtəşəm görüntüsü uşaqların bu tədbirdə aktiv iştirakı idi. Bu təşkilatçıların möhtəşəm qələbəsi idi

UluTv.info