Qədim Şuşamız qısa müddətdə İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi

Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq.Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!
Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq.
Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.

Azərbaycan döyüşçüsünün günlərlə rəşadətlə irəlilədiyi, bütün təhlükələrə sinə gərdiyi, nəhayət, əlbəyaxa döyüşlə qədim Şuşamızı geri qaytardığı cığır qısa müddətdə dövlət başçımız cənab İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi.

Azərbaycan döyüşçüsünün günlərlə rəşadətlə irəlilədiyi, bütün təhlükələrə sinə gərdiyi, nəhayət, əlbəyaxa döyüşlə qədim Şuşamızı geri qaytardığı cığır qısa müddətdə dövlət başçımız cənab İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi.

44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan döyüşçüsünün günlərlə rəşadətlə irəlilədiyi, bütün təhlükələrə sinə gərdiyi, nəhayət, əlbəyaxa döyüşlə qədim Şuşamızı geri qaytardığı cığır qısa müddətdə dövlət başçımız cənab İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi.

Dəyərli dövlət başçımız, çiçəklənən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev.

Bizə yaşatdığınız Qələbə sevincinə və ən əsası da müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin Sizə vəsiyyətini şərəflə yerinə yetirdiyinizə görə öz adımdan, ailəm adından Sizə təşəkkür edirəm.

Mən fəxr edirəm ki, azərbaycanlıyam və mən fəxr edirəm ki, Sizin kimi dahi, insani dəyərləri yüksək tutan Prezidentim, Ali Baş Komandanım var.
Sizinlə qürur duyur, uğurlu siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə respublikamız hər zaman zirvələrdə olacaq.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!


Fərid Şərifov.