Güloğlan Məmmədov Prezidentin dostu jurnalistə əl atdıqdan sonra təhqir etməyidə unutmayıb - VİDEO

"Vururam, yaxşı eləyirəm..." Bu sözlər Sabunçu rayonun icra hakimiyyəti başçısının müavini Güloğlan Məmmədova aiddir. O Güloğlan Məmmədov ki, barəsində yerli KİV-də yetərincə informasiyalar yayılıb. "Ulutv.info" bildirir ki, bütün bunlara rəğmən özünü cəzasızlıq mühitində hiss edən Güloğlan Məmmədov qanunların üstündə olduğunu bu dəfə də nümayiş etdirib.

Dəfələrlə məmur özbaşınalığı və şiddəti ilə üzləşən jurnalistlərin yeganə müdafiəsi Ölkə rəhbəri İlham Əliyev tərəfindən təmin edilir. Jurnalistlərin dostu olan Prezident İlham Əliyev dəfələrlə çıxışlarında jurnalistlər mənim dostlarımdır ifadələrini işlədib. Bəs bu məmur hansı haqla özündə cəsarət taparaq Prezidentin dostlarına onun köməkçilərinə əl atmaqdadır. Jurnalistin fəaliyyəti məlumat əldə etmək məqsədi olduğundan hər tip sual verməkdir. Sual verməyən jurnalist hadisənin baş verdiyi yerdə nə olduğunu nə baş verdiyini hardan bilə bilər. Və sualsız hadisədən hansı reportaj hazırlamalıdır. Orqan əməkdaşları olan yerdə suallar niyə cavabsız qalır.?


Vətndaş Nail Qurbanovun Bilgəhdəki mülkünün qanunsuz sökülməsi ilə bağlı əraziyə gedən jurnalistə qarşı açıq vəhşilik nümayiş etdirən Güloğlan Məmmədov əslində DÖVLƏTİ təmsil etdiyini unutmaqla yanaşı, özünün qeyri-insani keyfiyyətlərini də nümayiş etdirib.


Jurnalisti vurmaq ona toxunmaq nə qədər qanunla düzdür? Sonda isə maraqlı məqam budur ki, görən bu məmurdamı cəzasız qalacaq? Hamının gözü Prezidentin bu hadisə ilə bağlı bildirəcəyi fikrlərə yönəlib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info