Neftçalada ağaclara qənim kəsilən məmur kimə arxayındır?-Şikayət-Video

05 avqust 2022 ci il tarixində Neftçala rayon Ağaşirin Cəfərov adına olan küçədə,Ağac budama adı ilə obyekt ətrafında işlər görülüb.Bu barədə TİKTOK sosial şəbəkəsinin Azərbaycan seqmentində Neftçala rayon sakini “Həqiqət yolu” qəzetinin xüsusi müxbiri,video Blogger Rəhimov Rəşid video paylaşıb.Həmən videonu sizə təqdim edirik:

Araşdırmamız nəticəsində məlum olunub ki,Neftçala Rayon sakini İlkin adında günəmuzd işləyən şəxsə 10 manat pul təklif olunub ki, get o, ağacı kəs.Mənbələrdən aldığımız məlumata görə,ağacı kəsdirən şəxs Neftçala rayon Bələdiyyəsində müfəttiş vəzifəsində çalışan Xankişiyev Təvəkkül olub,və o,İlkin adlı fəhləyə 10 manat verərək, ağacı kəsdirib.Neftçala rayon Ekologiya Nazirliyinin işçiləri hadisə yerinə gələn zaman, bələdiyyə işçisi Təvəkkül hadisə yerindən qaçıb. “Asda qaçan namərdir” deyib , qaçıb girib yaxınlığdakı marketə.

Bina sakinlərinin şikayəti ilə hadisə yerinə gələn, Ekologiya və Təbii Sərvətlər nazirliyinin işçiləri, heç kəsi tapa bilmədikləri üçün məcbur qalıb, İlkin adlı fəhləni 200 manat cərimə ediblər. Bir vacib məqamı da qeyd edək ki,  1999-cu ildə  Milli Məclisin qəbul etdiyi «Ekoloji təhlükəsizlik haqqında» qanun Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqləndi. 2000-ci ildə isə daha iki – «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanunlar qəbul edildi. Bu kimi addımların  davamı olaraq  2001-ci ildə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir daha bu gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir və bu sahə ilə məşğul olan  qurumun fəaliyyətinə  çox böyük zərurət duyulur.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın «Hərəyə bir ağac  əkək!» devizi ilə keçirilən aksiyalarda milyonlarla  yeni ağac və kol əkilib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur.

Ölkə rəhbərliyinin ekologiyamizi qoruduğu bir vaxtda, Neftçala rayonunda Təvəkkül adlı xırda bir məmurun ekologiya qənim kəsilməsi,qorxmamazlığının sirri nədir? Kimə arxalanır?

Ölkə başçısının sözünün qabağına söz atan bu məmur ən sərt şəkildə cəzalandırılmalıdır.Baş verən hadisə bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.Onuda qeyd edək ki,Xankişiyev Təvəkkül Neftçala rayon Bayraq meydanında yanı bulvar ərazisində Coffee adlanan istirahət obyektinin sahibidir.//turan.tv/

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info