Balakəndə narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTO

Balakən rayonunun Gərəkli kənd orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan UluTv.info-ya verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini bildirib, yeniyetmə və gənclər arasında “ağ ölüm” ilə mübarizənin, eləcə də ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edənlər də məktəbliləri hər zaman zərərli vərdişlərdən uzaq olmağa çağırıblar və onları maraqlandıran sualları cavablandırıblar.