Göyçayda bayram münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan UluTv.info-ya verilən məlumata görə, ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.

UluTv.info





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info