“Merac Holding”in İdarə Heyətinin sədri illər sonra sirli qalan həbsin təfərüatlarını dilə gətirdi...

“Merac Holding”rəhbəri illərdir azadlıqdan məhrum edilməklə həbs həyatı yaşayır. Bu həbs zamanında Mediada çox səsli-küylü olmaqla öz zamanına görə yaddaşlarda qaldı. Lakin “Merac Holding”-in rəhbəri həbs edildiyi gündən bu günə kimi danışmadı. Həbs edilməsi müəmma hesab edilən S.Əliyevin əslində nə özü nədə vəkili konkret bir söz demədiyi kimi Məhkəmə zamanıda iclaslar bağlı keçirildi.

29 may 2014-cu ildə bülə bir məlumat yayıldı ki, guyam (“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətindən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olan şikayət əsasında “Merac Holdinq” şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyev həbs edilib. Baş prokurorluğun mətbuat xidməti bildirib ki, o, qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək istəyib.
S.Əliyev Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ zamanı zərərçəkənlər üçün 204 evin tikintisində subpodratçı kimi işləməkdən ötrü “Bakıenerjitikinti”nin nümayəndəsindən 20 min manat alarkən həbs edilib. Fakt üzrə dələduzluq və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə cinayət işi qaldırılıb.
Lakin Baş Prokurorluğun məlumatından “Merac Holding”in zələzələdən zərərçəkənlər üçün ev tikintisinə nə aidiyyatının olması və podratçı “Bakıenerjitikinti”nin rolunun nədən ibarət olması aydın olmur (Turan İA).)


Bu gün isə tamamilə fərqli bir məlumatlar durmadan mediayaya sızmaqdadır. Ulutv.info xəbər verir ki, “Merac Holding”i rəhbəri susqunluğun pozmaq qərarına gəlib. O artıq qaranlıq qalmış cəmiyyətdən və ölkə rəhbərindən gizlədilən bəzi məqamların işıq üzü görməsi üçün bildiklərini Ulutv.info-ya danışıb və bütün verdiyi ifadələrin tərəfimizdən hər birinin araşdırılmasını xahiş edib. Əgər dediyi məsələlərin birində yalan olarsa bu məlumatın dərc edilməməsinin ixtiyarınıda bizlərə həvalə edib. Və ən əsası isə bizdən başqa bir media qurumunda bu mövzunun kökü ola bilməsi də mümkün deyil.

Qısa məlumat: "Sayt Ələkbər Həsənovun kimliyi ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, Ələkbər Həsənov sabiq baş prokuror, sabiq Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri hazırda isə həbsdə olan Eldar Həsənovun qardaşıdır. Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib".

Ulutv.info

Növbəti yazılarımızda dərc edəcəyimiz yaranmış sualların cavabını sizlərə anons olaraq veririk:

- Merac Holding iddarə heyetinin sədri S.Əliyev həbsdə olmasında Ələkbər Həsənovun hansı payı var...?


- Vergilər Nazirinin müavini Eldar Həsənovun qardaşı Ə.Həsənovun hansı səbəbdən cinayət işində adı keçməkdədir...?


- 2015-ci ildə Ə.Həsənovun həyat yoldaşı S.Həsənovanın həbsxanada ziyarətə getdiyi şəxslə hansı danışıqlar aparılıb...?


- Sevinc Həsənovun həbsxanada S.Əliyevlə görüşmə səbəbi nə olub, hansı səbəblər onu dəmir barmaqlıqlar arxasında olan şəxsin ayağlına getməyə vadar edib...?


- S.Əliyevin Ə.Həsənovun oğlunun xarici dövlətdə aldığı təhsilin haqqın ödəməsinə səbəb nə olub...?


- S.Əliyevin telefonunda olan maddi subutun subuta yetirilməsinə baxmayaraq həmin subutların ictimaiətə açıqlanmamasına səbəb nə olub. İstintaq bu faktları necə təqzib edib...?


- Ə.Həsənov və digər vəzifəli şəxslərlə bağlı adları keçdiyi cinayət işinin təfərüatı araşdırmamızda?


- İllərdi həbsdə olan və səhhəti kəskin pisləşən S.Əliyev niyə danışmaq qərarınma gəlib?


Bizi izləməyi unutmayın. Həmçinin yazıda adları keçən şəxslərin mövqeynidə dinləməyə hazırıq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info